![]()
Əliyev Novruz İbrahim oğlu 1930-cu il yanvarın 3-də Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Naxçıvanda ikiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsində təhsil almışdır (1945 -1947). ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsilini davam etdirmişdir (1951-1956). Onun “Qəmli günlər” pyesi 1983-cü ildə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. “Üç qərinə” romanını başa çatdırmışdır.
Əsərləri: “Vətən həsrəti” (1974), “Narahat ürək” (1977), “Ləyaqət” (1981), “Qayıtdı” (1986), “Zülmətdə işıq” (1992), “Üç qərinə” (1998), “Lehimlənmiş bədən” (1999), “Zümrüd qaşlı brilyant üzük” (1999) və s.
ARAŞDIRDI: AYNUR TURAN
Subyekt.az