
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən bir nəfərə məxsus mobil telefon oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Məmmədova saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyası oğurlayan 22 yaşlı A.Qulizadənin, Nərimanov rayonunda isə bir nəfərə məxsus 2000 manat dəyərində mobil telefonu talayan 35 yaşlı A.Əliyev də saxlanılıb.
Subyekt.az