![]()
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təminatına yardımçı olmağa çağıran Vindhuk Bəyannaməsini qəbul ediblər. Buna görə, BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan edib. Söz və mətbuat azadlığı demokratiyanın meyarı olaraq tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat azadlığını diqqət mərkəzində saxlayırlar.
Subyekt.az