![]()
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun Əliabad kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinləri tərəfindən köhnə və yeni yaşayış məhəlləsini birləşdirən şor kollelektorunun üzərindəki yararsız körpünün yenilənməsi ilə bağlı etdikləri müraciət Kollektorlar İdarəsi tərəfindən icra olunaraq körpü yenisi ilə əvəz olunmuşdur.
Kənd yaşayış məntəqələrində sakinlərin məişət tullantılarının vaxtaşırı olaraq yığılaraq zərərsizləşdirilməsi ilə bağlı işlərin həyata keçirilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kənd İcra nümayəndələrinə və bələdiyyə sədrlərinə verdiyi tapşırığa qoşulan Əliabad kəndində artıq sakinlərlə razılıq əldə olunmuş və “Xırmandalı kənd təmizlik “MMC tərəfindən tullantıların yığılaraq daşınmasına başlanılmışdır.

.

.

.

Subyekt.az