![]()
Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.
Subyekt.az Qafqazinfo-ya istinadla xəbər verir ki ,dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Subyekt.az