![]()
27 iyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü sahibkarlığın və MKOB-ların qlobal #iqtisadiyyat-da artan rolunu vurğulamaq üçün bir fürsətdir. Bu müəssisələr inklüziv məşğulluğun təşviqində və qlobal dəyər zəncirlərinə inteqrasiyada əhəmiyyətli paya malikdirlər.
Ölkəmizdə #biznes mühitinin daha da yaxşılaşdırılması, xüsusilə #qeyrineft-qaz sektoruna yeni dövlət dəstəyi alətlərinin tətbiqi və genişləndirilməsi MKOB-ların dayanıqlı artımda və #iqtisadi şaxələndirmədə əsas dayaq kimi rolunun gücləndirilməsində mühüm rol oynayır.
Subyekt.az