![]()
Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936- 1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoj fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1959-cu ildə isə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür. 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.
Filmoqrafiya: O olmasın, bu olsun (film, 1956), Əminə Dilbazinin rəqsləri (film,
1961), Payız konserti (film, 1962) Ulduz (film, 1964), Arşın mal alan (film, 1965),
Sevinc (film, 1968), Mən mahnı qoşuram (film, 1979), Əzablı yollar (film, 1982),
Qəzəlxan (film, 1991), Tənha bülbülün rəqsi (2003), Zəlimxan dastanı (film, 2007)
Subyekt.az