![]()
1969 – cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvi, Jurnalistlər Birliyinin üzvidir. Fətullayev Həsən Mehdi oğlu 1925 – ci il mayın 25 – də Azərbaycanda Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda M. F. Axundov adına Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Ədəbi fəaliyyətə 1942 – ci il aprelin 3-də “Şərq qapısı” qəzetində çap etdirdiyi “Azərbaycan fəxr edir” adlı ilk şeiri ilə başlamışdır. “Yaralıdır Azərbaycan”, “Məhəbbəti daşa toxunan gözəl” şeir topluları onun poeziya aləmindən ayrılmadığını göstərir. Yaradıcılığı boyu poetik əsərlərlə yanaşı, nəsr və dramaturgiy sahəsində də çalışmışdır. Onun “Vüqarlı gözəl” (1966), “Alınmaz qala” (1976), “Koroğlu nəsli” (1998), “Təhlükəli oyun” (1999) pyesləri Naxçıvan Dövlət Musiqili Dram Teatrında, “Xankəndinin qartalı” (1995) faciəsi Füzuli adına Naxçıvan şəhər poeziya teatrında tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Əsərləri: “Ürəklər bir vuranda” (1964), “Gözəllik bulağı” (1974), “Mən əsir doğulmamışam” (1978), “Ürək daşdan deyil” (1982), “Zəlzələ” (1987), “El sərkərdəsi” (1997), “Yaralıdır” (1998), “Məhəbbəti daşa toxunan gözəl” (1998), “Qaçmaq igidlik deyil” (1998), “İnamsızlıq yaman
dərddir” (1999), “Çiçəklənir baharımız” (1999), “İki qardaş” (1999), “Səgrək” (1999), “Bir ürəkdir” (1999), “Əliyar” (1999), “Sənsiz bizim bir günümüz olmasın” (1999) və s.
Subyekt.az