![]()
HAVA ŞƏRAİTİ TƏDRİCƏN DƏYİŞƏCƏK KÜLƏK GÜCLƏNƏCƏK BƏZİ ƏRAZİLƏRDƏ ARABİR YAĞIŞ YAĞACAQ BƏZİ DAĞLIQ ƏRAZİLƏRDƏ SULU QAR VƏ QAR YAĞACAQ
Bakıda və Abşeron yarımadasında
Havanın əsasən buludlu
bir qədər küləkli
( bir qədər güclü şimal-qərb küləyi əsəcək) keçəcəyi səhər bəzi ərazilərdə çiskinli olacağı gündüz və axşam isə bəzi ərazilərdə arabir yağış yağacağı axşam yarımadanın bəzi yüksək yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var, gecəyə doğru külək mülayimləşəcək.
Havanın temperaturu gecə 4+6 dərəcə , gündüz 6+9 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında
Havanın yağmursuz keçəcəyi bəzi ərazilərdə arabir duman olacağı gözlənilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman axşam tədricən bəzi ərazilərdə yağıntıların
başlayacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman, gecəyə doğru isə bəzi yerlərdə yağıntıların
başlayacağı gözlənilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Tərtər rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gecə və səhər bəzi ərazilərdə duman, axşam bəzi yerlərdə tədricən yağıntıların
başlayacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Səhər tədricən şimal-şərq rayonlarından başlayaraq havanın dəyişiləcəyi bəzi rayonlarda arabir yağış ayrı-ayrı yerlərdə sulu qar və qar yağacağı, duman olacağı bəzi rayonlarda yağıntıların intensiv olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar , Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Cəlilabad , Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Havanın yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Masallı, Lənkəran , Astara, Lerik və Yardımlı rayonlarında
Gündüzdən tədricən yağış
Lerik və Yardımlı rayonlarında sulu qar və qarın başlayacağı
, duman olacağı ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı gözlənilir.
Ölkə ərazisində mülayim külək əsəcək bəzi ərazilərdə külək arabir güclənəcək.
Subyekt.az