
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Subyekt.az xəbər verir ki, ziyarət zamanı şəhidin döyüş yolundan və göstərdiyi igidliklərdən bəhs edilib. Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Şirinli Nurlan Qədir oğlu 16.10.1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olub. 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Şirinli Nurlan Qədir oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Millət vəkili Anar Məmmədov şəhid ailəsinə başsağlığı verərək deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
#MillətVəkili #AnarMəmmədov #Heç_Kim_Unudulmur #Şəhidlər_Ölməz
Subyekt.az