![]()
Bakıda və Abşeron yarımadasında
Havanın əsasən yağmursuz keçəcəyi mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə – 2 dərəcə şaxtadan, 1+ dərəcəyədək isti, gündüz 4+8 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında
Gündüzdən tədricən qarın
başlayacağı bəzi ərazilərdə qısa müddətli bir qədər güclü olacağı gecəyə doğru bəzi ərazilərdə qarın kəsiləcəyi ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında
Gündüz və axşam bəzi ərazilərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
Gündüz və axşam bəzi ərazilərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Tərtər rayonlarında
Havanın dəyişkən buludlu
olacağı arabir tutulacağı
axşama doğru və axşam bəzi ərazilərdə az qar yağacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman, axşam isə bəzi ərazilərdə arabir qar yağacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar , Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Cəlilabad , Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman, axşam isə bəzi Aran rayonların cənub-şərq ərazilərində az yağıntılı olacağı gözlənilir.
Masallı, Lənkəran , Astara, Lerik və Yardımlı rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilsədə lakin bəzi ərazilərdə arabir duman, axşam bəzi ərazilərdə az yağıntılı olacağı gözlənilir.
Ölkə ərazisində mülayim külək əsəcək bəzi ərazilərdə külək arabir güclənəcək.
Subyekt.az