![]()
Bu gün ölkəmizdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2008-ci il tarixli Sərəncamına əsasən təsis edilən bu əlamətdar gün artıq 19 ildir ki, böyük qürurla qeyd edilir.
Avtomobil yolları işçiləri ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verərək, müasir və təhlükəsiz yol infrastrukturunun qurulmasında əvəzsiz rol oynayırlar. Bu gün Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz beynəlxalq standartlara cavab verən yolların, körpülərin və tunellərin tikintisi və yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika və yerli əhəmiyyətli yolların, körpü və tunellərin, eləcə də Bakı şəhərinin prospekt və küçələrinin layihələndirilməsi, tikintisi, təmiri və saxlanılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir.
Bu şərəfli peşənin bütün nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, təhlükəsiz və uğurlu fəaliyyət arzulayırıq!
Subyekt.az