
Əkbərov Tofiq Süleyman oğlu 1939-cü il dekabrın 22- də Qərbi Azərbaycanın Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. Goravan kənd yeddiillik məktəbini bitirdikdən sonra Xanlar şəhərindəki 3 saylı məktəbdə oxumuşdur. H.Zərdabi adına Gəncə Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1953-1957). Əmək fəaliyyətinə Xanlar şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun estetika üzrə aspiranturasında təhsilini davam etdirmişdir. Burada vaxtından əvvəl”Azərbaycan sovet poeziyası və gözəllik problemi” mövz\usunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonra N,Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun fəlsəfə kafedrasında baş müəllim “Azərbaycan folklorunun estetik prinsipləri” monomental tədqiqi başa çatdırmış, dosent işləmişdir.
Əsərləri: ”Təbiət, insan, gözəllik” (1966), ”Texnika estetika haqqında bəzi qeydlər”
(1971), ”Yaradıcı əməyin estetikası” (1976), ”Estetika və təbiət” (1977)
Subyekt.az