
Rusiya-Ukrayna müharibəsi ilə pik həddə çatan beynəlxalq gərginlik ölkələri silahlanmağa sövq edir.
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, regionda lokal münaqişələr olsa da, qlobal təsir potensialına malik gərginliklər də mövcuddur.
Çin və Tayvan arasındakı gərginlik Filippin və Yaponiyanı silahlanmağa məcbur etdiyi halda, Rusiya-Ukrayna müharibəsi Avropadakı tarazlığı dəyişdi.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub. Nəzərə alsaq ki, Rusiyanın ümumi milli məhsulu 2 trilyon civarındadır, xərclənən pulun ölçüsü daha aydın olur.
Avropa üçün xüsusi olaraq edilən qiymətləndirmədə 2024-cü ildə müdafiə xərclərinin əvvəlki ilə nisbətən 11 faiz artacağı müəyyən edilib və bu nisbətdə artım 10 ildir fasiləsiz olaraq davam edib.
Rusiyanın Ukrayna ilə müharibəsi davam edərkən, 2024-cü ildə onun silah xərcləri 462 milyon dollar olacaq ki, bu da Rusiyanın ümumi milli məhsulunun təxminən 7 faizinə bərabərdir.
Subyekt.az