Dövlət Sərhəd Xidmətinin əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.
Subyekt.az xəbər verir ki, bu barədə metbuat.az-a mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir.Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb.