
“Qızıl qələm” və “Araz” ali ədəbi mükafatları laureatıdır. Aydın Ağazadənin 1955-ci il fevralın 20 – də İçərişəhərdə anadan olub. M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1976-90-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1990-93-cü illərdə “Ədalət” qəzetinin şöbə müdiri, baş redaktorun birinci müavini olub. 1993-2001-ci illərdə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyib. 1995-97-ci illərdə Azərbaycan Hüquqşünaslar Birliyinin orqanı olan “Hüquqşünas” qəzetinin baş redaktoru kimi ölkədə aparılan demokratik-hüquqi islahatlar barədə silsilə yazılarla çıxış edib. 2001-ci ildən 2007-ci ilədək Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub, indi sözügedən nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya şöbəsinin rəisidir. “Həsən Əliyev-hakim və insan”, “Cəllad aman istəyir”, “Əbədi Selcan” və “Sabun köpüyü” kitablarının, “Sonuncu şahid” ssenarisi əsasında çəkilmiş eyniadlı dörd seriyalı televiziya filminin müəllifidir.
Əsərləri: “Həsən Əliyev – hakim və insan” (1997), “Cəllad aman istəyir” (2001), “Əbədi Selcan” (2005), “Sabun köpüyü” (2009) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az