
Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. Onun səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi.
Heydər Əliyev,
Ümummilli lider
Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi. “Nəsimi” də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan. Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər.
Səməndər Rzayev Televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi. Allah rəhmət eləsin.
Filmoqrafiya: Babamızın babasının babası (film, 1981), Babək (film, 1979), Bağ mövsümü
(film, 1985), Bakıda küləklər əsir (film, 1974), Bayquş gələndə (film, 1978), Belə lazımdır (film,
1982), Bəyin oğurlanması (film, 1986), Birisigün, gecəyarısı… (film, 1981), Bizim küçənin
oğlanları (film, 1973), Çarvadarların izi ilə (film, 1974), De ki, məni sevirsən! (film, 1977), Dədə
Qorqud (film, 1975), Dəli Kür (film, 1969), Evlənmək istəyirəm (film, 1983), Evləri köndələn
yar (film, 1982), Ən vacib müsahibə (film, 1971), Əzablı yollar (film, 1982), Gənclik macərası
(film), Gözəllik ondur… (film, 1984), Xatirələr sahili (film, 1972), Xüsusi vəziyyət (film, 1986),
İmtahan (film, 1982) və s.
ARAŞDIRDI: AYNUR TURAN
Subyekt.az