
Ümumdünya Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu gün LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü qeyd olunur. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün uşaqların savad alması hüququnu dəstəkləyirlər. Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan çox insan tərəfindən qeyd olunur.
Subyekt.az