![]()
Uşaqların cinsi istismar və cinsi zorakılığın bütün formalarından qorunması, hüquqlarının təmin edilməsi və təhlükəsizliyinin gücləndirilməsi beynəlxalq və milli səviyyədə prioritet istiqamətlərdəndir.
Azərbaycanda “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası (“Lanzarote Konvensiyası”) 2019-cu il oktyabrın 22-də ratifikasiya edilib.
Uşaqların hüquqlarının etibarlı müdafiəsi, onlara qarşı cinsi istismar və zorakılığın qarşısının alınması və təhlükəsiz mühitdə böyümələrinin təmin edilməsi hər birimizin birgə məsuliyyətidir.
Subyekt.az