
Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954-1959). Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958-1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958-1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir. ADU-nun urnalistika kafedrasının aspirantı olmuş (1961-1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963-1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976-992). Azərbaycan Yazıçılar Birliyi “Oğuz eli” assosiasiyasının işlər müdiri (1992),Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992-1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994-1996). Hazırda fərdiyaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun “Koreyalı döyüşçüyə” adlı ilk şeri 1950-ci ildə “Pioner” jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şerləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur.T.Qurban “Mənim gəncliyim”, “Dostluğun gücü”, “Unudulmayan”, “Yanğı”, “El yolu”, “Gözəllik yarışı”, “Ömrün gənclik yazı”, “Dönməzlik”, “Sara”,“Məcra”, “Düşmənlərindən güclü şəxsiyyət”, “Müqəddəs məkanda Qüdsümüz vardır”və s. kitablarının müəllifidir. Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi “Yaşayanömür” pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulmuşdur (1993). M.Ə.Rəsulzadənin həyatından bəhs edən “Dönməzlik”povesti “Bakının səsi” qəzetinin 1994-cü il may-sentyabr saylarında dərc olunmuşdur. “Yaşıl rəngin işığı” (2002) kitabını tərtib etmişdir. Medlla təltif edilmişdir. 21 fevral 2018-ci il tarixində vəfat etmişdir. Bülbülə kənd qəbirstanlığında dəfn edilmişdir. Teyyub Qurban Müsavat partiyasının üzvi idi.
Əsərləri: ”Mənim gəncliyim” (1963),”Dostluğun gücü” (1966),”Unudulmayan”
(1966), ”Yanğı” (1972),”Dostluq və qəhrəmanlıq səhifələri” (1975),”El yolu” (1978),
”Gözəllik yarışı” (1985), ”Ömrün gecikən yazı” (1992), ”Dönməzlik” (1997), ”Sara”
(2002) və s.
Filmoqrafiya: Ağa, cəddinə qurban (film, 1993)
Araşdırdı: AYNUR TURAN
Subyekt.az