![]()
15 May — Birinci Qarabağ müharibəsi şəhidi, polis kapitanı Heydərov Əbdürrəhman Muxran oğlunun anım günüdür.
Vətən uğrunda canından keçən qəhrəman oğullarımız xalqımızın yaddaşında daim yaşayır. Şəhid Heydərov Əbdürrəhman Muxran oğlu 1957-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. O, ömrünü Vətənə və xalqa xidmətə həsr etmiş, məsuliyyətli və şərəfli polis xidməti ilə seçilmişdir.
1992-ci il mayın 15-də Xocavənd bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan gənc polis kapitanının igidliyi xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaqdır.
Birinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərimizin müqəddəs xatirəsi hər zaman ehtiramla anılır. Onların göstərdiyi şücaət və vətənpərvərlik gələcək nəsillər üçün örnəkdir. Şəhidlər yalnız bir ailənin deyil, bütöv millətin qürur mənbəyidir.
Bu gün anım günündə şəhid Heydərov Əbdürrəhman Muxran oğlunun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Subyekt.az