![]()
Rusiyanın Leninqrad vilayətindəki limanda 130 min ton mazut dolu tankerdə güclü partlayış baş verib.
Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, fevralın 9-da Ust-Luq limanındakı Antuqa və Barbuda bayrağı altında üzən “Koala” adlı tankerə 130 min ton mazut yüklənib. Tanker hərəkət etməyə başlayan zaman maşın bölməsində 3 güclü partlayış baş verib.Heyət sahilə çıxmağa müvəffəq olub. Tankerin maşın bölməsi tamamilə su ilə dolub, özü isə saya oturub.Hadisə zamanı xəsarət alan olmayıb. Neft məhsullarının dənizə sızması qeydə alınmayıb.