![]()
Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var. Biz nə qədər zənginik!
Ümummilli lider Heydər Əliyev
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir SəfəroğlunaAzərbaycanın Əməkdar artisti, 25 iyun 1968-ci ildə Xalq artisti fəxri adları verilib. Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün “Beş manatlıq gəlin”, Qaradavoy vəÇiko, Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad, Uzun və Nəcəf “Durna”, Qədir və Gülümsərov “Ulduz”, Səlyanski və Qəhrəman “Gözün aydın”, Ohan yüzbaşı və Hacı Qara “Xəsis”, Kazbek “Kəndimizin mahnısı”, Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”, Mir İsmayıl “Qızıl axtaranlar” Baləmi,”Bir dəqiqə”, Hacı Kərim “Hacı Kərimin Aya səyahəti”, Qoçu “Keçmişin məişət səhnələri”, Nadir və Azay “Qızılgül”, Polis rəisi “Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi oğlu”, “Səndən mənə yar olmaz”, Firuzbala “Altı qızın biri Pəri”, Səbzəli “Bizə bircə xal lazımdır”, Qasiyane (“Tiflis nəğməsi”, Əsgər Nəcəfoviç “Ləpələr”, “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində Xacə Nəsrəddin rollarını ifa edib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında “Gəlməli, görməli, gülməli” miniatür teatrı təşkil olunub. Onun üzvləri Xalq artisti Əliağa Ağayev, Əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib. Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.
Filmoqrafiya: Aygün (film, 1960), Qəribə əhvalat (film, 1960), Əhməd haradadır? (film, 1963) – sərxoş Əhməd, Ulduz (film, 1964) – Gülümsərov, Yun şal (film, 1965), Yaşamaq gözəldir, qardaşım! (film, 1966), Nəsrəddin Xocanın 12 qəbri (film, 1966), Bəşir Səfəroğlu (film, 1969), Aktrisanın təbəssümü (film, 1974).
Subyekt.az