![]()
Qəmər xanım müsəlman Şərqinin ilk peşəkar balerinasıdır. O, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoymuş, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan vermişdir.
Ümummilli lider Heydər Əliyev
Qəmər Almaszadə 1940-cı il 4 may tarixində Azərbaycan Respublikasının Əməkdar artisti, 1943- cü il 17 iyunda Xalq artisti, 1959-cu il 9 iyunda SSRİ Xalq artisti fəxri adlarına və 1952-ci ildə isə Stalin mükafatına layiq görülüb. O, 1970-72- ci illərdə İraqda işləyib, burada ilk pofessional xalq rəqs ansamblı təşkil edib. O, SSRİ Dövlət mükafatı laureatı olmuş, bir sıra orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir. Görkəmli balet ustası, SSRİ Xalq artisti, Qəmər Hacağa qızı Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1929-cu ildən başlamış və 1932-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti kimi çalışmışdır. O, 1932-33-cü illərdə Moskvada Bolşoy Teatr nəzdindəki xoreoqrafiya məktəbində oxumuş, sonralar isə xoreoqrafiya təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirmişdir. Təhsilini tamamlayaraq Bakıya qayıdan Qəmər xanım ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlamışdır. Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olmuşdur. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilmişdir. Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə 2006-cı il aprelin 7-dəömrünün 92-ci ilində vəfat etmişdir. İlk azərbaycanlı balerina Qəmər Almaszadə Azərbayacan Dövlət Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar” (Medora), Boris Asafyevin “Bağçasaray fəvvarəsi” (Mariya və Zarema), Aleksandr Qlazunovun “Raymonda” (Raymonda), Sezar Puninin “Esmeralda” (Esmeralda), Pyotr Çaykovskinin “Şelkunçik” (Maşa), “Sonalar gölü” (Odetto-Odiliya), Lüdviq Minkusun “Don Kixot” (Kitri),Əfrasiyab Bədəlbəylinin “Qız qalası” (Gülyanaq), Qara Qarayevin “Yeddi gözəl” (Aişə), Niyazinin “Xosrov və Şirin” (Rəqqasə), Aleksandr Kreynin “Laurensiya” (Laurensiya) baletlərində əsas partiyaları uğurla ifa etmişdir. Ü. Hacıbəyovun “Koroğlu” və Müslüm Moqamayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.
Subyekt.az