
10 dekabr Ümumdünya futbol günü BMT-nin qərarı ilə qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol – “ayaqla top oyunu” haqqında ilkxatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O,Çsu Çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun “top uğrunda mübarizə” adlandırılıb.
Subyekt.az