![]()
Bu gün Azərbaycan ədəbiyyatının tanınmış nasirlərindən biri İsi Məlikzadənin doğum günüdür.
Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlayan yazıçı gənc yaşlarından ədəbi yaradıcılıqla da məşğul olub. Yaradıcılığa isə kiçik hekayələrlə başlayıb.
1964-cü ildə onun “Həsrətin sonu” adlı ilk kitabı çap olunub. Daha sonra “Özgə anası” (1969), “Kövrək qanadlar” (1973), “Küçələrə su səpmişəm” (1977), “Yaşıl gecə” (1979), “Günəşli payız” (1982), “Dədə palıd” (1984), “Gümüşgöl əfsanəsi” (1987), “Şehli çəmənlərin işığı” (1991), “Dolaşaların Novruz bayramı” (1992) kimi kitabları nəşr olunub.
Onun ssenariləri əsasında “Ağ atlı oğlan”, “Evin kişisi”, “Gəl qohum olaq”, “Gümüşgöl əfsanəsi”, “Kişi sözü”, “Küçələrə su səpmişəm”, “Qatarda”, “Qoca palıdın nağılı”, “Pəncərə”, “Qanlı zəmi”, “Güllələnmə tarixə salınır” və digər yaddaqalan filmlər çəkilib.
Subyekt.az