![]()
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”
Ümummilli lider Heydər Əliyev
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya n Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü 1954-cü ildə BMT-nin Baş Assambleyasının No 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə edilən bayram kimi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. 1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən Bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Həmin bəyənnamənin qəbul edilməsi ilə bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. O, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım göstərmiş, onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoymuşdur.
Subyekt.az