![]()
Subyekt.az nocomment-ə istinadla xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.
Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.
Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Subyekt.az