![]()
Məcburi köçkünlərə qarşı nifrət ritorikasının qarşısının alınması üçün
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Şuşadan olan keçmiş məcburi köçkün, jurnalist və diaspora fəalı Xatirə Sərdarqızı və bir qrup məcburi köçkün adından
RƏSMİ MÜRACİƏT
Cənab Prezident,
Mən, Xatirə Sərdarqızı, Şuşadan olan keçmiş məcburi köçkün, jurnalist və diaspora fəalı olaraq, eyni zamanda bir qrup məcburi köçkün adından Sizə müraciət edərək nəzərinizə çatdırmaq istəyirəm ki, 2025-ci ilin sentyabr ayından başlayaraq bu günə qədər məcburi köçkünlərə qarşı cəmiyyətdə nifrət yaradan ritorika sistemli şəkildə, zaman-zaman yenidən gündəmə gətirilir.
Bu ritorika xüsusilə xalqımız üçün son dərəcə həssas və müqəddəs olan mövzular üzərindən aparılır. Mərhum milli qəhrəman jurnalist Çingiz Mustafayevə aid videomateriallar kontekstdən çıxarılaraq təqdim olunur və bununla da bütöv bir sosial təbəqə — məcburi köçkünlər — dolayı və açıq şəkildə ittiham obyektinə çevrilir.
Həmin paylaşımlarda sətiraltı formada belə bir fikir formalaşdırılır ki, guya Şuşadan və Qarabağın digər bölgələrindən sağ çıxmış məcburi köçkünlər “qalmalı və ölməli idilər”; əgər Xocalı soyqırımı kimi kütləvi şəkildə qətlə yetirilməmişiksə, bu, guya vətənə xəyanət anlamına gəlir. Bu yanaşma tarixi həqiqətlərin kobud şəkildə təhrifidir və minlərlə məcburi köçkünün şərəf və ləyaqətinə birbaşa yönəlmiş ağır ittihamdır.
Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, bu nifrət ritorikası bəzi hallarda süni şəkildə populyarlaşdırılan şəxslər vasitəsilə yayılır, həssas mövzular bilərəkdən yenidən gündəmə gətirilir və məcburi köçkünlərin taleyi şəxsi reytinq və ictimai manipulyasiya alətinə çevrilir. Bu isə artıq fərdi fikir sərhədlərini aşaraq, cəmiyyətdə parçalanma yaradan və daxili sabitliyə təhlükə formalaşdıran tendensiyadır.
Eyni zamanda, 2020-ci ildə Avropa Məhkəməsində qəbul edilmiş bir qərarın bu gün məhz məcburi köçkünlərə qarşı nifrət ritorikasını gücləndirmək məqsədilə yenidən gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur. Halbuki, Sizin də açıq şəkildə bəyan etdiyiniz kimi, Azərbaycan dövləti ölkəmizə qarşı siyasi motivli Avropa məhkəmə qərarlarını tanımır. Üzv olmadığımız qurumun qərarlarının daxili ictimai rəyə təsir və nifrət aləti kimi istifadəsi dövlətin daxili siyasətinə zidd olmaqla yanaşı, təhlükəli nəticələrə yol aça bilər.
Cənab Prezident,
Siz dəfələrlə vurğulamısınız ki, məcburi köçkünlər dövlət üçün yük deyil, onun məsuliyyətidir. Biz bunu işğaldan azad olunmuş ərazilərə səfərlərinizdə, məcburi köçkünlərlə münasibətinizdə və həyata keçirilən dövlət siyasətində aydın şəkildə müşahidə etmişik. Məhz bu mövqeyinizə inanaraq bu müraciəti edirik.
Şuşadan olan keçmiş məcburi köçkünlər və digər işğal olunmuş bölgələrdən olan məcburi köçkünlər olaraq, harada yaşamağımızdan asılı olmayaraq Azərbaycan dövlətinin maraqlarını müdafiə edən insanlar kimi Sizdən xahiş edirik ki, məcburi köçkünlərə qarşı nifrət ritorikasının, tarixi faktların kontekstdən çıxarılmasının və bizi dolayısı ilə “vətən xaini” kimi təqdim edən bu təhlükəli yanaşmaların qarşısı birdəfəlik alınsın.
Bu müraciət dövlətin daxili sabitliyinin, milli birliyinin və mənəvi dəyərlərinin qorunması naminə edilir.
Dərin hörmətlə,
Xatirə Sərdarqızı
Şuşadan olan keçmiş məcburi köçkün
Jurnalist, diaspora fəalı
MÜRACİƏTƏ QOŞULAN MƏCBURİ KÖÇKÜNLƏRİN SİYAHISI
Məhsəti Özyürek Şərif qızı – Ağdam
Hacıyev Vaqif – Qubadlı
Tağıyev Elgiz – Ağdam
Qasımov Sadiq – Ağdam
Bəhramova Mahirə – Ağdam
Novruzova Məlahət – Ağdam
Adil Heydərov – Şuşa
Ağalarova Yeganə – Şuşa
Muxtarov Valeh – Ağdam
Qasımova Naimə – Şuşa
Nəcəfov Rəşad – Zəngilan
Şərifov Nofəl – Ağdam
Həsənov Elşən – Laçın
Qasımova Mehriban – Şuşa
Məhərrəmov Elvin – Ağdam
Abbasov Beyrək – Füzuli
İbrahimova Nəzakət – Ağdam
Alməmmədov Elşən – Laçın
Ağalarov Xaliq – Laçın
Məmmədov Eldar – Laçın
Camalov Namiq – Kəlbəcər
Məmmədova Zərifə – Şuşa
Əhmədova Pəri – Laçın
Rızayeva Əsli – Zəngilan
Məmmədova Vüsalə – Ağdam
Qurbanov Bəylər – Ağdam
Rızayev Tural – Ağdam
Əlikişiyev Əli – Füzuli
İsmayılov Elxan – Ağdam
Fərzəliyev Xaliq Pəhlivan – Füzuli
İbrahimova Şəhla – Şuşa
Hətəmov Əkbər – Laçın
Abbasova Mahizər – Şuşa
Məmmədov Namiq – Laçın
Tarverdiyev Rəşad – Füzuli
Hacıyeva Günəş – Ağdam
Həsənov Şaiq – Şuşa
Hacıyeva Zəhra – Ağdam
Hacıyev Məhəmməd – Ağdam
Hacıyev Nurşirəvan – Ağdam
Salahzadə Şaiq – Şuşa
Sadıqov Azər – Şuşa
Qasımov Qiyas – Ağdam
Zeynalova Aybəniz – Ağdam
Həsənov Emin – Şuşa
Həsənov Kənan – Şuşa şəhəri
Əhmədov Coşqun – Ağdam
Zeynalzadə Camal – Şuşa
Sarıyev Ruslan – Şuşa
Cəbiyev Kamil – Şuşa
Sarıyev Rəşad – Şuşa
Kərimov Şəmsi – Şuşa, Malıbəyli kəndi
Salahov Arzuman – Laçın
Rövşən Hüseynov – Kəlbəcər
Subyekt.az