![]()
26 mart 2026-cı il tarixində daha bir kəlbəcərli ziyalı – Vaqif Rza oğlu Bayramov vətən həsrəti ilə dünyasını dəyişib.
Vaqif Bayramov 18 avqust 1956-cı ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Ali təhsilini başa vurduqdan sonra rayon işğal olunana qədər Sarıdaş kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
Kəlbəcərin işğalından sonra Göygöl rayonunun Bənövşəli (keçmiş Mixaylovka) kəndində məskunlaşan V. Bayramov pedaqoji fəaliyyətini təqaüdə çıxanadək davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, ona “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.
Mərhum martın 27-də müvəqqəti məskunlaşdığı Bənövşəli kəndində dəfn ediləcək. 3 və 7 mərasimləri isə martın 29-da həmin kənddə keçiriləcək.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
Subyekt.az kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Subyekt.az