![]()
Görkəmli tarixçi və alim İlber Ortaylının ailəsi mərhumun dəfn mərasimi ilə bağlı məlumat yayıb. Ailənin açıqlamasına görə, mərhumun cənazəsi 16 mart 2026-cı il, bazar ertəsi günü İstanbul şəhərində yerləşən Fatih Məscidinin hazirəsində torpağa tapşırılacaq.
Fatih Məscidinin hazirəsi Osmanlı və Türkiyə tarixində mühüm rol oynamış bir çox görkəmli şəxsiyyətlərin məzarlarının yerləşdiyi tarixi məkanlardan biridir. Burada Osmanlı imperiyasının banilərindən olan Fatih Sultan Mehmed, onun həyat yoldaşı Gülbahar Hatun, məşhur sərkərdə Gazi Osman Paşa, tanınmış tarixçi Halil İnalcık, həmçinin İstanbulun sabiq bələdiyyə başqanı Kadir Topbaş kimi önəmli şəxslərin qəbirləri yerləşir.
Dəfn mərasiminin dövlət rəsmiləri, alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi gözlənilir.
Subyekt.az