![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Millət vəkili Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı deputat vətəndaşları fərdi qaydada dinləyərək onların müraciət və təklifləri ilə maraqlanıb, qarşılaşdıqları problemlər barədə ətraflı məlumat alıb.
Müraciətlər əsasən məşğulluq, təhsil, əmlak, sosial təminat, dini qurumlarla bağlı məsələlər və digər sosial problemlərlə əlaqədar olub.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırma və əlavə tədbirlər tələb edən digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.
Qeyd edək ki, Millət vəkili tərəfindən vətəndaş qəbulları mütəmadi şəkildə keçirilir və daxil olan müraciətlər diqqətdə saxlanılır.
Subyekt.az