![]()
Dünən AXCP sədri Əli Kərimlinin və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb.
Subyekt.az xəbər verir ki Ajans.az-ın məlumatına görə,daha sonra hər iki şəxs DTX-yə aparılaraq dindirilib.
Bu gün isə bildirilib ki, onlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də aparılan cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunublar.
Hazırda onlara rəsmi ittiham elan edilməyib.
Subyekt.az