Skip to content
19 İyun 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Mədəniyyət
  • Əhməd Cəfəroğlu dünyası
  • Mədəniyyət

Əhməd Cəfəroğlu dünyası

14 May 2024
əhməd cəfəroğlu
12

Loading

Əhməd Cəfəroğlu dünyası

Başına döndüyüm, qurban olduğum,
Get, Qəribim, sağlıq ilə gələsən!
Oduna yandığım, büryan olduğum,
Get, Qəribim, sağlıq ilə gələsən!..

Müstəqillik dönəmində cəmiyyətimizdə baş vermiş kökü
içtimai-siyasi dəyişikliklər ədəbiyyat və ümumən mədəniyyət
tariximizin bir sıra mühüm problemlərinə yenidən baxılmasına,
həmçinin məlum ideoloji qadağalar nəticəsində uzun müddət
araşdırmadan kənarda qalmış sahələrin tədqiqata cəlb
olunmasına şərait yaratmışdır. Belə sahələrdən biri də müəyyən
tarixi-siyasi səbəblərdən Azərbaycanı tərk etmək
məcburiyyətində qalmış sənətkarlar və ədiblər tərəfindən
yaradılmış mühacirət ədəbiyyatıdır.
XX əsrin əvvəllərində Azərbaycan üçün ən ağır
zərbələrdən biri də yüzlərlə elm-bilim adamının mühacirət
etməsi oldu. Əslində bu dövr Azərbaycandan “beyin axını” nın
başlanğıcı idi. Həmin intellektuallarımız vətənimizdə yaşayıb-
yaratsaydılar, bu gün Azərbaycan elmin inkişaf səviyyəsinə
görə daha da yüksəkdə durardı. Çünki, qürbətdə yaşamaq
məcburiyyətində olan bu vətən oğulları ömürlərinin sonuna
kimi qələmi əldən yerə qoymayıb, daim intellektual
yaradıcılıqla məşğul olublar.
Belə dəyərli şəxslərin həyat və yaradıcılığını öyrənmək, bizdən
sonra gələn soylara çatdırmaq sabahımız üçün çox gərəklidir.
Azərbaycan mühacirət ədəbiyyatının ictimai və pedaqoji
fəaliyyətinin zənginliyi və genişliyi, elmi yaradıcılığının
miqyası və məhsuldarlığı baxımından bu cür xüsusi
tədqiqatlara layiq simalarından biri Əhməd Cəfəroğludur.
Dövrünün ictimai-siyasi təlatümləri nəticəsində gənc ikən
vətəndən ayrı düşmüş, qürbətdə şərəfli həyat yolu keçmiş
Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii

fikir tarixinin ən görkəmli nümayəndələrindəndir. Həyatının
əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, o, bir an
belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış,
xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair
saysız-hesabsız elmi əsərlər həsr etməklə, çoxlarına nümunə
ola biləcək bir şəkildə öz milli borcunu yerinə yetirmişdir.
Ə.Cəfəroğlunun elmi-ədəbi və publisistik irsinin həqiqi
öyrənilməsi üçün olsa-olsa zəmin və təkan rolunu oynaya bilər.
Bu mənada alimin elmi, ədəbi, publisistik yaradıcılığının
dərindən öyrənilib qiymətləndirilməsi və öz xalqına
çatdırılması çağdaş elmimizin qarşısında duran mühüm və
təxirəsalınmaz vəzifələrdən biri sayılmalıdır. Belə ki,
ensiklopedik zəkaya və heyrətamiz erudisiyaya malik
Ə.Cəfəroğlunun yaradıcılığı olduqca müxtəlif elm sahələrini
əhatə edir.
Uzun illər hətta mütəxəssislər üçün də naməlum qalmış bu
ədəbiyyatın öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasının
əhəmiyyəti özlüyündə aydındır. Belə ki, harada meydana
çıxmasından asılı olmayaraq, hər hansı xalqın mənəvi irsinin
ayrılmaz tərkib hissəsidir və onun öyrənilməsi ən azı həmin
ədəbi irs haqqında təsəvvürün düzgünlüyü və bütövlüyü üçün
zəruridir. Təbii ki, bu ədəbiyyatın öyrənilməsində ən vacib iş
onun başlıca nümayəndələrinin ictimai fəaliyyətinə, elmi-ədəbi
yaradıcılığına dair xüsusi, dərin və hərtərəfli araşdırmaların
həyata keçirilməsindən ibarət olmalıdır.
Ə.Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün
naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-
yaratdığı Türkiyədə, istərsə də Avropada və Amerikanın elmi
dairələrində böyük alimin şəxsiyyəti bəlli olmuş, ictimai
pedoqoji və elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. Artıq
50-ci illərin sonlarından başlayaraq Ə.Cəfəroğlunun haqqında
meydana çıxan və nüfuzlu tədqiqatçıların qələminə məxsus

yazılar onun dünya türkologiyasının inkişafındakı rolu və
özünəməxsus mövqeyininin etiraf olunması demək idi.
Filologiya elmləri namizədi, araşdırmaçı Elşən Əbülhəsənli
“Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” kitabında alimin
həyat və yaradıcılığı haqda maraqlı faktlar yer alıb. O hesab
edir ki, Ə.Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün
naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-
yaratdığı Türkiyədə, istərsə də Avropa və Amerikanın elmi
dairələrində böyük alimin şəxsiyyəti tanınıb, ictimai-pedaqoji
və elmi fəaliyyəti yüksək qiymətləndirilib: “Artıq 50-ci illərin
sonlarından başlayaraq Ə.Cəfəroğlu haqqında meydana çıxan
və nüfuzlu araşdırmaçıların qələminə məxsus yazılar onun
dünya türkologiyasının inkişafındakı rolu və özünəməxsus
mövqeyinin etiraf olunması demək idi. Azərbaycanda
Ə.Cəfəroğlu ilə bağlı yazılar yalnız son dövrdə mətbuat
səhifələrində görünməyə başlayıb. 1990-cı ildə “Xəzər”
dərgisi, ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin
Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı
Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini
dərc edib. Lakin Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə,
həmçinin, geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi
addım professor Vilayət Quliyevin 1991-ci ilin martında
“Ədəbiyyat qəzeti” ndə dərc edilmiş irihəcmli məqaləsi oldu.
Gərgin axtarışların məhsulu olan bu məqalədə Dünya elmi
dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun ömür yolu barədə
müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və
folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur”.
Araşdırmaçı bu qənaətdədir ki, 80 illik ömründə Ə.Cəfəroğlu
elmin zirvəsinə ucala bilmişdi: “Bu zirvənin arxasında müxtəlif
elm sahələrində gərgin axtarışlarla, məhsuldar fəaliyyətlə,
mübarizələrlə dolu keşməkeşli bir həyat dayanır”.

Əhməd Cəfəroğlu1899-cu ildə Gəncədə anadan olub, üç
yaşında ikən atasını itirib, anasının və qohumlarının
himayəsində yaşayıb. Cümhuriyyət elan olunanda onun 19 yaşı
var idi. Könüllü olaraq Nuru paşanın Qafqaz İslam ordusuna
qoşulmuşdu. Kiçik topçu zabit idi. Sentyabrın 15-də Bakıya
qalib kimi daxil olan qoşunun sıralarında o da var idi. Bir il
sonra universitet yaradılarkən oranın Tarix-Filologiya
fakültəsində dinləyicilərdən olur. Cümhuriyyətin işğalından
sonra Cəfəroğlu Türkiyəyə mühacirətə gedir.
Əhməd Cəfəroğlunun publisistikasında 27 aprel faciəsi bir
neçə dəfə xatırlanıb. Cümhuriyyətin işğalının 13-cü ilində
yazdığı “Azərbaycanın böyük matəmi – 27 nisan 1920” adlı
məqaləsində yazır: “1920-ci ilin 27 nisanında böyük türk
dünyasının köksündə hürriyyət bayrağını ilk qaldıran bir türk
ölkəsinin ocağı sönmüş, Azərbaycan – Odlu yurd qırmızı ruslar
tərəfindən işğal edilmişdi”.
27 aprellə bağlı digər bir yazısında Cəfəroğlu qeyd edirdi:
“Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı,
sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üçrəngli
bayrağının yerinə yabancı ellərin oraq-çəkicli bayrağı
qaldırıldı. İstiqlal idealı yerinə istila ruzigarları əsdirildi”.
Cümhuriyyətin 10 və 15 illiyi ilə bağlı yazdığı məqalələrdə isə
milliyyətçi Azərbaycan gəncliyinin bir gün rusları məğlub
edəcəyi ilə bağlı inanclı fikirlər söyləyirdi.
Türkiyədə Cəfəroğlu İstanbul universitetinin Dil-Ədəbiyyat
fakültəsinə daxil olur, 1924-cü ildə oranı bitirir. 1925-ci ildə
Almaniya universitetlərində türkologiya sahəsində təcrübə
qazanmağa yollanır, orada dövrün tanınmış alimləri olan
Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader,
Diels kimi şəxslərin mühazirələrini dinləyir. 1929-cu ildə
Breslau universitetində professor F.Gizinin rəhbərliyi altında
“Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil

araşdırması” mövzusunda dissertasiya müdafiə edərək
filologiya doktoru adını qazanır.
Yüksək və nadir tədqiqatçılıq keyfiyyətlərinə malik olan
Ə.Cəfəroğlunun yaradıcılığı humanitar biliyin olduqca müxtəlif
sahələrini əhatə edir. Yarım əsrlik elmi-pedaqoji fəaliyyəti
nəticəsində dünya türkologiyasının aparıcı simalarından birinə
çevrilmiş böyük həmyerlimizin yaradıcılığında Azərbaycanla
bağlı araşdırmalar mühüm yer tutur. Mübağiləsiz olaraq,
Ə.Cəfəroğlunu elmi azərbaycanşünaslığın banilərindən biri
saymaq lazımdır. O, türk dünyasının mühüm və ayrılmaz bir
hissəsi saydığı vətəninin tarixinə, mədəniyyətinə,
etnoqrafiyasına, dilinə, şifahi və yazılı ədəbiyyatına dair
onlarla əsərin müəllifidir. Bu əsərlər Azərbaycanın tanıdılması,
onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynamışdır.
Onlar istər ehtiva etdiyi material, istər irəli sürdüyü ideyalar,
istərsə tədqiqat metodikası baxımından bu gün də elmi və
idrakı dəyərini qoruyub saxlamaqdadır. Alimin Azərbaycanla
bağlı araşdırmaları içərisində onun ədəbiyyatşünaslıq irsi
mühüm yer tutur. Fitri filoloji istedada malik olan alimlər istər
yazılı, istərsə də şifahi ədəbiyyatı xalqın tarixini, ictimai-siyasi
və estetik görüşlərini, əxlaq və təfəkkür tərzini sözün geniş
mənasında mədəniyyətini əks etdirən ən etibarlı sənəd kimi
araşdırır və uğurlu nəticələrə gəlirdi.
Əsas profili etibarilə dilçi-türkoloq olan Ə.Cəfəroğlu
Azərbaycan folkloruna xüsusi maraq göstərirdi. O, şifahi xalq
ədəbiyyatını həm xalqın bədii təfəkkür xüsusiyyətlərini, estetik
ideallarını yaşadan yaradıcılıq faktı kimi, nəzərdən keçirirdi.
Bu araşdırmalarda ədəbiyyatşünaslıq və dilçilik metodları üzvi
şəkildə çuğlayır, çulğaşır və səmərəli nəticələrə gətirib
çıxarırdı.
Ə.Cəfəroğlunun folklorumuza dair tədqiqatları həm mifoloji
materialı, həm monumental epik abidələr olan dastanları

(“Dədə Qorqud”, “Aşıq Qərib”, “Qaçaq Nəbi”), həm də aşıq
poeziyasını (Qurbani, Abbas Tufarqanlı, Dədə Qasım) əhatə
edir. Bu tədqiqatlarda o, yalnız bir araşdırıcı kimi çıxış etmir.
Onun nəşr etdiyi folklor materialları bir sıra orijinal cəhətləri
ilə maraq doğurur.
Ə.Cəfəroğlu ədəbiyyat tariximizlə bağlı sanballı və ciddi
elmi tədqiqatların müəllifidir. O, Azərbaycan ədəbiyyatı
tarixinin ümumi məsələləri və nəzəri problemlərinə, onun ayrı-
ayrı görkəmli nümayəndələrinin yaradıcılığına ondan artıq əsər
həsr etmişdir. Alimin milli ədəbiyyatımızın çoxəsirlik və
mürəkkəb tarixinə konseptual baxışını əks etdirən “Azərbaycan
dili və ədəbiyyatının dönüm nöqtələri” adlı geniş tədqiqatı
ədəbiyyatımızın min illik inkişaf prosesini işıqlandırır və bu
gün də böyük əhəmiyyət kəsb edən elmi dövrləşdirməsini verir.
Onun ayrı-ayrı ədəbi dövr və şəxsiyyətlərə verdiyi yığcam və
dəqiq xatakteriska həmin məsələyə dair bir sıra elmi baxışları
qabaqlamışdır. Əsər müəllifin güclü professorluq duyğusuna,
ədəbi faktları geniş mədəni kontekstdə nəzərdən keçirmək
qabiliyyətinə, ayrı-ayrı sənətkarları tarixi-ictimai perspektivdə
qiymətləndirmək bacarığına malik olduğunu parlaq şəkildə
nümayiş etdirir.
Folklorşünaslıq sahəsində olduğu kimi ədəbiyyat tariximizlə
bağlı tədqiqatlarında da Ə.Cəfəroğlu bir sıra orijinal mətnləri
elmi istifadə dairəsinə daxil edir. Alimin XVII əsr şairi Məlik
bəy Ovçu, XIX əsr şairi Siraci haqqında tədqiqatları isə əsl
elmi kəşf xarakteri daşıyır.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsində onun
M.F.Axundovla bağlı araşdırmaları xüsusi yer tutur. Bu
araşdırmalar böyük mütəfəkkirin milli ictimai və ədəbi fikir
tariximizdəki mövqeyini daha dərindən, düzgün və obyektiv
anlamaq baxımından son dərəcə qiymətlidir. Alimin

M.H.Şəhriyar yaradıcılığına dair araşdırması geniş, dərin və
sanballı əsərlərindən biri sayıla bilər.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsinin təhlili göstərir ki,
onun bu sahədəki tədqiqatları tematik diapazonu baxımından
olduqca geniş, tədqiq və təhlil üsullarına görə rəngarəngdir.
Naməlum ədəbi mətnlərin nəşri və şəhrindən tutmuş poetik dil
və üslub üzərində incə təhlillərə qədər əhatəli bir araşdırmacılıq
metodikasına malik olan Ə.Cəfəroğlu bütün hallarda tədqiqat
obyektinə yeni və orjinal baxışı ilə seçilir. İdeoloji
ehkamlardan və nəzəri qəliblərdən uzaq olan alimin əsərləri
klassik filologiyanın parlaq nümunələri kimi diqqət cəlb edir.
Milli ədəbiyyatşünaslığımızın dəyərli ənənələrini davam və
inkişaf etdirən, onu yeni keyfiyyətlərlə zənginləşdirən
Ə.Cəfəroğlunun yaradıcılığı, şübhəsiz, XX əsr elmi-tənqidi
fikrimizdə bütöv bir mərhələ təşkil edir.
1975-ci ilin yanvarında Əhməd Cəfəroğlu vəfat etdikdən
sonra Türkiyə mətbuatında bir-birin ardınca məqalələr dərc
olundu. Bu məqalələrdə alimin ölümü dünya türkologiyası
üçün əvəzsiz itki kimi qiymətləndirilməklə yanaşı, onun artıq
tarixə çevrilmiş ictimai fəaliyyəti, çoxşaxəli elmi yaradıçılığı
geniş təhlil edilirdi. Haqqında danışdığımız bu araşdırmalar
özlüyündə çox dəyərli olsalar da, Ə.Cəfəroğlunun böyük
şəxsiyyətinin, universal elmi yaradıcılığının dərki və
qiymətləndirilməsi sahəsindəki işin yalnız başlanğıcı sayıla
bilər.

Çığrışdı bir ağızdan
Dün gecə
Azərbaycanlı quşlar, duymadınız.
Apağ kəsildi buz kimi
Dün gecə

“Uyğur dili sözlüyü”, duymadınız.
Axdı bilim ölkəsinin göylərindən
Dün gecə

Aynur Turan

Subyekt.az

Continue Reading

Previous: Şuşa şəhərinə növbəti köç
Next: HEÇ KİM UNUDULMUR

Arxivlər

İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    

Son Yazılar

  • Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib
  • Sabah 34 dərəcə isti olacaq
  • Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
  • “Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 
  • Quba rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya

Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib

18 İyun 2025
gün
  • Ölkə

Sabah 34 dərəcə isti olacaq

18 İyun 2025
1
  • Ölkə
  • Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

18 İyun 2025
2
  • Dünya

“Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 

18 İyun 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə