![]()
28 mart – Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü ölkəmizin dövlətçilik tarixində mühüm və şərəfli bir səhifə kimi qeyd olunur. Bu tarix yalnız bir qurumun yaranması deyil, eyni zamanda milli təhlükəsizlik sistemimizin formalaşmasının, inkişafının və güclənməsinin simvoludur.
Dövlətin sabitliyi, vətəndaşların təhlükəsizliyi və milli maraqların qorunması istiqamətində əvəzsiz xidmətlər göstərən və xarici kəşfiyyat orqanlarının əməkdaşları hər zaman yüksək peşəkarlıq, vətənə sədaqət və prinsipiallıq nümayiş etdirirlər. Onların fəaliyyəti ölkəmizin müstəqilliyinin və suverenliyinin etibarlı təminatlarından biridir.
Bu əlamətdar gün münasibətilə təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını və veteranlarını səmimi qəlbdən təbrik edir, çətin və məsuliyyətli xidmətlərində yeni nailiyyətlər arzulayırıq. Əminik ki, onların fədakar fəaliyyəti bundan sonra da Azərbaycanın təhlükəsizliyinə və inkişafına mühüm töhfələr verəcəkdir.
Rövşən Hüseynli
Subyekt.az