![]()
Kəlbəcər rayonunda Novruz bayramı ərəfəsində hazırlıq işlərinə başlanılıb. Rayon ərazisində bayram ab-havasının yaradılması məqsədilə küçə və meydanlarda təmizlik, abadlıq və bəzədilmə işləri həyata keçirilir.
Subyekt.az xəbər verir ki, Sakinlər qədim el bayramı olan Novruzu böyük sevinc və ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşırlar. Ev və həyətlərdə səməni qoyulur, bayram süfrəsi üçün hazırlıqlar görülür, Novruzun əsas rəmzlərindən olan tonqalın qalanması üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, uzun illərdən sonra doğma Kəlbəcərdə Novruz bayramının qeyd olunması rayon sakinləri üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Bu bayram həm də torpaqlarımıza qayıdışın, yenilənmənin və milli birlik ruhunun təntənəsi kimi qarşılanır.




Subyekt.az