![]()
Azərbaycan kikboksinq ictimaiyyəti üçün əlamətdar hadisə baş verib. Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının – WAKO Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.
Bu nüfuzlu təyinat Adil Əliyevin kikboksinq idman növünün Azərbaycanda və regionda inkişafına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Onun rəhbərliyi və təşəbbüsləri nəticəsində ölkədə kikboksinqin kütləviliyi artmış, gənclər arasında bu idman növünə maraq xeyli güclənmişdir.
Mütəxəssislərin fikrincə, bu uğur eyni zamanda Azərbaycanda idmana göstərilən dövlət qayğısının nəticəsidir. Xüsusilə, ölkə Prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafına verilən davamlı dəstək, beynəlxalq arenada belə nailiyyətlərin əldə olunmasına mühüm zəmin yaradır.
Qeyd edək ki, WAKO-nun Beynəlxalq İnkişaf Komitəsi kikboksinqin qlobal səviyyədə inkişafını təmin etmək, ölkələr arasında idman əməkdaşlığını gücləndirmək, qarşılıqlı anlaşmanı təşviq etmək və beynəlxalq yarışların təşkilinə töhfə vermək məqsədi daşıyır.
Adil Əliyevin bu qurumda təmsil olunması Azərbaycanın idman diplomatiyasının genişlənməsi və ölkənin beynəlxalq idman ailəsində mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Subyekt.az kollektivi olaraq, Adil Əliyev-i bu möhtəşəm və nüfuzlu təyinat münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.
#AKF #WAKO #Kickboxing #Azərbaycan #Təbrik
Subyekt.az