![]()
Millət vəkili Fazil Mustafa Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı səsləndirilən fikirlərə sərt münasibət bildirib, iki qardaş dövlət arasında müharibə ehtimalını gündəmə gətirənləri tənqid edib.
Bu QUMcuğa anlatmaq lazımdır ki, tarixdə Azərbaycan-Türkiyə müharibələri olmayıb və gələcəkdə də olması mümkün deyil. İki qardaş dövlətin müharibəsini arzulayan bütün türk düşmənləri bu qardaşlığın daha da möhkəmləndiyini görə-görə çərləyəcəklər.
Biri Azərbaycan-Türkiyə müharibəsindən danışır, digəri Türkiyəyə bir də zibilli ayağını basmayacağı barədə bəyanat verir, hələ bir az bunlardan ağıllısı da “mat” olmaqdan danışır.
Bunların ölüb gedən bir qardaşı da deyirdi ki, Nuru paşa qızıl pul alandan sonra Bakını azad etdi.
Bu qədər mikrobun içində Azərbaycan-Türkiyə qardaşlığına öz səmimi töhfəsini verən, dünyada varlığını sürdürən bütün ləyaqətli soydaşlarımıza SALAM olsun!

Subyekt.az