![]()
GÜCLÜ KÜLƏK ƏSƏCƏK YAĞIŞ BƏZİ DAĞLIQ RAYONLARA QAR YAĞACAQ
Bakıda, Abşeron yarımadasında və bölgələrdə:
Noyabrın 12-dən 15-i gündüzədək havanın temperaturu günbəgün yüksələcək. Gündüz saatlarında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15+20 , ölkənin bəzi ərazilərində isə 23+ dək artacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb və qərb küləyi əsəcək, ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
HAVA ŞƏRAİTİ DƏYİŞƏCƏK : GÜCLÜ KÜLƏK ƏSƏCƏK YAĞIŞ BƏZİ DAĞLIQ RAYONLARA QAR YAĞACAQ
Bakıda, Abşeron yarımadasında və bölgələrdə:
Son sinoptik xəritələrin yenilənməsinə əsasən, dəyişiklik olmasa, noyabrın 15-i gündüz saatlarından başlayaraq 17-dək Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləyin güclənəcəyi, bəzi ərazilərdə arabir
yağış, bəzi dağlıq rayonlarda isə sulu qar və qar
yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda yağıntıların intensiv olacağı, havanın temperaturunun aşağı enəcəyi proqnozlaşdırılır.
Gözlənilən soyuq hava kütləsi haqqında qarşıdakı günlərdə yenilənmiş məlumatlar təqdim olunacaq.
Subyekt.az