![]()
Qarabağ Dirçəliş Fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP31 tədbirində iştirak edir.
Tədbir çərçivəsində Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi, eləcə də Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişaf, ekoloji tarazlığın qorunması və yaşıl gələcəyin təmin olunması istiqamətində görülən işlər diqqət mərkəzində olacaq.
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondunun dəstəyi və fəaliyyəti ilə bağlı xüsusi film nümayiş etdiriləcək. Nümayişdə Fondun rəsmi nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Filmin nümayişindən sonra tədbirin gedişi, təqdim olunan materiallar və iştirakla bağlı əlavə məlumatların ictimaiyyətə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun beynəlxalq platformada iştirakı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq siyasətinin, ekoloji dayanıqlılıq və yaşıl inkişaf prioritetlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Subyekt.az