![]()
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada ilin son və ən mötəbər yarışı böyüklərin dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katibi Pərvin Piriyev iştirak ediblər.
Qeyd edək ki, mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə milli komandamız, daha sonra qadın güləşçilərimiz, son günlərdə isə sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaqlar.
Subyekt.az