![]()
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimovun vəfatı xəbəri dərin hüznlə qarşılanır.
Cəmi iki ay əvvəl Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunan Vüsal İbrahimov bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, fəaliyyəti dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, insanlara dəstəyi, işinə məsuliyyətli və vicdanlı yanaşması ilə seçilib. Şəhid ailələrinə hər zaman dəstək olması, onların yanında dayanması onun insani keyfiyyətlərinin və vətəndaşlıq mövqeyinin göstəricisi idi.
Vüsal İbrahimovun vaxtsız vəfatı onu tanıyanlar, həmkarları və dəstəyini görən insanlar üçün böyük itkidir.
Allah rəhmət eləsin! Ailəsinə, yaxınlarına, doğmalarına və bütün həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Firəngiz Sabirqızı
Subyekt.az