![]()
Bu gün Azərbaycanın Xalq şairi, görkəmli söz ustadı Məmməd Arazın anadan olmasının 93-cü ildönümü tamam olur.
Məmməd Araz 1933-cü ildə Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Vətən sevgisi, milli ruhu və dərin fəlsəfi düşüncələri ilə seçilən şair Azərbaycan poeziyasına dəyərli töhfələr verib.
“Azərbaycan – dünyam mənim”, “Dünya sənin, dünya mənim”, “Araz axır” və digər əsərləri ilə oxucuların qəlbində xüsusi yer tutan sənətkar 1991-ci ildə Xalq şairi adına, 1995-ci ildə isə “İstiqlal” ordeninə layiq görülüb. Məmməd Araz 2004-cü ildə vəfat edib.
Subyekt.az