![]()
1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 24 avqust 2024-cü il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib üzərlərinə gül dəstələri düzüb və şəhidlərimizin ruhlarına dualar oxunub.
Qeyd edək ki, şəhidlər kompleksində Azərbaycanın Milli Qəhrəmanları Şahlar Əvəz oğlu Şükürovun, Sərdar Mədət oğlu Səfərovun və əfsanəvi kəşfiyyatçı Ülfət Kərimovun, Qarabağ müharibəsinin ilk fidan şəhidlərinin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin adları əbədiləşdirilibdir.

Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik.
Subyekt.az