![]()
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının anadan olmasının 70 illiyi tamam olur.
Nurəddin Mehdixanlı 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1978-ci ildə Adil İsgəndərovun rəhbərlik etdiyi kursu bitirərək Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Aktyor teatr səhnəsində “Xurşidbanu Natəvan”, “Maqbet”, “Medeya”, “Vaqif”, “Aydın”, “İblis”, “Ölülər”, “Əmir Teymur” və digər tamaşalarda yaratdığı yaddaqalan obrazlarla seçilib. Kino və televiziya yaradıcılığında isə “Cavad xan”, “Cavid ömrü”, “Dədə Qorqud”, “Bəyaz həyat” və digər ekran əsərlərində maraqlı rollar canlandırıb.
1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülən Nurəddin Mehdixanlı 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, Azərbaycan teatr sənətinin inkişafına töhfələrini bu gün də davam etdirir.
Subyekt.az