28 sentyabr saat 21:00-dan etibarən Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkət edərkən diqqətli olmaları xahiş olunur.