![]()
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Kəlbəcər rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin kollektivi tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində məktəbin kollektivi əvvəlcə Kəlbəcər rayonunda şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət edib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra məktəb kollektivi Kəlbəcər məzarlığında uyuyan şəhidlərin məzarlarını ziyarət edib. Ziyarət edilən məzarlar arasında Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun məzarı da olub. Məktəbin kollektivi şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların müqəddəs xatirəsinə ehtiramını ifadə edib.
Tədbirin davamında Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin valideynləri ziyarət olunub. Məktəb kollektivi şəhid qəhrəmanın ailə üzvləri ilə görüşərək onlara dərin ehtiram və hörmətini çatdırıb.
Görüş zamanı Vətən müharibəsi qəhrəmanı Anar Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdiyi şücaət və keçdiyi döyüş yolunun gənc nəsil üçün örnək olduğu vurğulanıb. Şəhid qəhrəmanın əziz xatirəsinin daim yaşadılmasının, onun həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilib.
Məktəbin kollektivi şəhid ailəsinə ehtiramını ifadə edərək bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
27 Sentyabr – Anım Günü ilə bağlı keçirilən bu cür tədbirlər şəhidlərin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Allahdan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik.





















Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az