![]()
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin aparıcı bədii kollektivlərinin iştirakı ilə həyata keçirilən genişmiqyaslı mədəni qastrol proqramı il ərzində davam edir.
Layihə çərçivəsində sentyabrın 22-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və solistlərinin konserti baş tutacaq.
Konsert Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq.
Konsert proqramında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında Azərbaycan milli musiqisinin zəngin nümunələri və bəstəkar əsərləri səsləndiriləcək.
Qeyd edək ki, qastrol proqramı paytaxtı və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən sistemli mədəni təşəbbüsdür. Layihənin əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır.
Subyekt.az