![]()
Hazırda Qarabağ Universitetində 3 330-dan çox tələbə təhsil alır. Bunu Qarabağ Universitetində 15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə rektor Şahin Bayramov bildirib. O, ilk dəfə Qarabağ Universitetində təhsil almağa başlayan tələbələri də təbrik edərək, onlara uğurlar arzulayıb. Rektor tələbələrin doğru seçim etdiyini deyərək, uğurlu və xoşbəxt gələcək Qarabağ Universitetindən başlayır fikirlərini səsləndirib:Yüksək balla ali məktəblərə qəbul olan gənclərin Qarabağ Universitetini seçməsi universitetə olan marağın və etimadın göstəricisidir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov da tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. S. Qəhrəmanov bildirib ki, Qarabağ Universitetinin Qarabağın gələcək inkişafında böyük rolu olacaq: Qarabağ Universitetinin tələbələrinə böyük ümidlər bəsləyirik.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Elnur Əliyev də tədbirdə çıxış edərək tələbələri 15 sentyabr- Bilik Günü münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. O, tələbələrə təhsil həyatlarında əzmkarlıq göstərməyi, əldə etdikləri imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.Tədbirdə Qarabağ Universitetinə ən yüksək balla qəbul olan tələbələrdən biri, 684 bal toplayan Selcan Qarayev də çıxış edib.O, tibb ixtisasına qəbul olaraq, uşaqlıq arzusunu gerçəkləşdirdiyini və gələcəkdə həkim olmaq istəyinin həyata keçməsi istiqamətində ilk addımı Xankəndidə atdığını deyib. Gənc tələbə Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alacaq olmasından böyük qürur və sevinc hissi keçirdiyini vurğulayıb. Burada yüksək səviyyəli təhsil alaraq gələcəkdə öz sahəsinin peşəkar mütəxəssisi olmağı qarşısına məqsəd qoyduğunu qeyd edib.







#Qarabağ #Xankəndi #QarabağUniversiteti
Subyekt.az