![]()
Bu gün Azərbaycanın Xalq artisti, görkəmli kinorejissor, kinooperator və ssenarist Muxtar Dadaşovun anadan olmasının 113 illiyi tamam olur.
Muxtar Dadaşov 1913-cü ildə Bakıda anadan olub. 50 ildən artıq kinoya xidmət edən sənətkar “Sovet Azərbaycanı”, “Nəriman Nərimanov”, “Səadət yolu ilə”, “Bakı döyüşür”, “Qanun naminə”, “Bakıda küləklər əsir” və digər filmləri ilə Azərbaycan kinosunun inkişafına böyük töhfə verib.
“Sovet Azərbaycanı” filmi ilə 1951-ci ildə Kann Beynəlxalq Kino Festivalında xüsusi mükafata layiq görülən Muxtar Dadaşov 1976-cı ildə Xalq artisti fəxri adına, 1980-ci ildə isə Dövlət mükafatına layiq görülüb.
1998-ci ildə vəfat edən sənətkarın zəngin yaradıcılığı Azərbaycan kino tarixində özünəməxsus yer tutur.
Subyekt.az